“Böyük yeddilik” Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər”

  • By admin
  • 23 Sentyabr 2017 16:50

merkel1

“Böyük yeddilik” ölkələri Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniyanın federal kansleri Angela Merkel deyib. A. Merkel sanksiyaların ləğvinin Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqəli olduğunu söyləyib: “Əgər vəziyyət tələb edərsə, baxmayaraq ki, bunu istəmirik, biz sanksiyaları sərtləşdirməyə hazırıq”.

Qeyd edək ki, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqində separatizmin baş qaldırmasından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Gununsesi.info