
Bu gün tanınmış futbol məşqçisi Böyükağa Hacıyevin dəfn mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, mərhumla vida mərasimi ailə üzvlərinin yaşadığı məhəllədəki xeyir-şər evində təşkil olunub.
Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, AFFA Məşqçilər Komitəsinin üzvləri, “Keşlə”nin prezindenti Zaur Axundov, “Neftçi” rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov və futbolçular, eləcə də digər klubların rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra mərhum dəfn olunmaq üçün Keşlə qəbiristanlığına aparılıb. Cənazə namazından sonra B.Hacıyevin nəşi torpağa tapşırılıb.
Gununsesi.info












