Bozdağ: “MKİ-nin əlində daha çox dəlil olduğuna əminəm”

  • By admin
  • 19 Avqust 2016 17:43

bakir

“MKİ-nın əlində Fəthullah Gülənin dövlət çevrilişinə cəhd  təşəbbüsünə  sövq və idarə etdiyinə dair dəlillərin sayının Türkiyənin əlindəki dəlildən daha çox olduğundan əminəm”.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,  bu haqda Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ  bəyan edib. Bozdag fikrini belə əsaslandırıb: “Çünki  Fətullah Gülənin ürəyinin saniyədə neçə dəfə atdığını, neçə dəfə nəfəs verdiyini, oraya girən-çıxanın kim olduğunu, gecənin qaranlığında o malikanənin ətrafında uçan qara ağcaqanadların cinsiyyətini belə bilən CIAin, Fətullah Gülənin bu işi  sövq və idarə etdiyindən xəbərsiz olduğunu  bizə söyləməsi, bütün dünyanı  və Türk millətini ələ salmaq deməkdir “- deyə, o,  bldirib.

Gülnaz Qənbərli

Gununsesi.info