Azərbaycan tərəfi Elnur Hüseynzadənin girov düşmısini təsdiqləməsə də, erməni tərəf iddia edir ki, o, girov dü.üb və hazırda Xankəndindədir.
Məsləsi ilə bağlı bir daha Gununsesi.info olaraq Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya müraciət etdik. V.Dərgahlı açıqlamasında bildirib ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
V. Dərgahlı məsələ ilə bağlı bizə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komisiyasına müraciət etməyi təklif etdi: “Bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komisiyasına müraciət edin”.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin İlahə Hüseynova isə Gununsesi.info-ya açıqlamasında deyib ki, mediada Elnur Hüseynzadə ilə bağlı gedən məlumatları diqqətlə izləyirlər : “Əgər Elnur Hüseynzadənin əsir düşməsi ilə bağı məlumat təsdiqni taparsa, BQXK mandatına uyğun olaraq əsir düşmüş şəxsin saxlama şəraitini, onunla necə rəftar olunduğunun monitoqini aparmaq və ailəsi ilə əlaqə qurmasına imkan yaratmaq üçün tezliklə onunla görüşməyə hazırdır” – deyə, İ. Hüseynova bildirib.
Qeyd edə ki, BXQK Ermənistan təmsilçiliyinin Xankəndindəki missiyasının mətbuat xidmətinin rəhbəri katibi Eteri Musaelyan da Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı məlumatları diqqətlə izlədikləri badərə açıqlama verib. O, deyib ki, BQXK mandatına uyğun olaraq əsir düşmüş şəxsin saxlama şəraitini, onunla necə rəftar olunduğunu müşahidə etmək və ailəsi ilə əlaqə qurmasına imkan yaratmaq üçün tezliklə onunla görüşməyə hazırdır.
Mürtəza
Gununsesi.info