XƏBƏR LENTİ

19 Fevral 2018

17 Avqust 2016 - 14:13

BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər

BQXK CİCR

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Gununsesi.info-ya bildirib ki, saxlanılan şəxsin ailəsinə məlumat göndərməsinə imkan yaradılıb: “Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb”.

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Gununsesi.info