Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrailin davam edən təcavüzü fonunda Qəzza zolağında “humanitar fəaliyyətləri və onları həyata keçirənləri” müdafiə etməyə çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, BQXK bildirib ki, Qəzza zolağındakı yardım işçiləri, eləcə də humanitar yardım göstərmək üçün istifadə olunan nəqliyyat vasitələri və binalar qorunmalıdır.
Hesabatda qeyd olunur ki, humanitar işçilər həyati xilasetmə yardımı göstərmək üçün regiondadırlar və bu səbəbdən onlar öz işlərini təhlükəsiz şəkildə yerinə yetirə bilməlidirlər.
İsrail ordusu Qəzza zolağının şimal və cənub bölgələrində humanitar müəssisə və mərkəzləri, o cümlədən xəstəxanalar və tibb komplekslərini hədəf almağa davam edir.
Gununsesi.info