
İsrailin prezident Luiz İnasio Lula da Silvanı “persona non-qrata” elan etməsindən sonra Braziliya Tel-Əvivdəki səfirini “məsləhətləşmələr” üçün geri çağırıb.
Gununsesi.info xəbər verir ki, “Correio Braziliense” saytının məlumatına görə, İsrailin bəyanatlarından sonra Lula da Silva nazirləri və müşavirlərini İsraillə böhranı müzakirə etmək üçün respublika prezidentinin rəsmi iqamətgahında “təcili” görüşə çağırıb.
İsrailin Lula da Silvaya qarşı çıxışlarına cavab olaraq Braziliya Tel-Əvivdəki səfiri Frederiko Meyeri məsləhətləşmələr üçün ölkəyə geri çağırıb.
Prezidentin müşaviri Celso Amorim açıqlamasında İsrailin Lula da Silvaya qarşı dediklərini “cəfəngiyyat” adlandırıb.
Braziliya hakimiyyəti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, yerli media İsrailin Braziliyadakı səfiri Daniel Zonşeynin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
Braziliya prezidenti Lula da Silva İsrailin Qəzza zolağının işğalını nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə edərək, “soyqırım” adlandırıb. Prezident bildirib ki, Qəzza zolağında baş verənlər “müharibə deyil, soyqırımdır”.
İsrailin baş naziri Benyamin Netanyahu da Lula da Silvanın açıqlamalarına cavab verib və “Braziliya qırmızı xətti keçib” cavabını verib.
İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, Lula da Silva İsrailin Qəzzanı işğal etməsini nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə etməsinə cavab olaraq “persona non-qrata” elan edilib.
Gununsesi.info