Braziliya İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb

  • By ilhame
  • 19 Fevral 2024 23:04

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva respublikanın Tel-Əvivdəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması barədə göstəriş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri yazıb.

 

“Braziliyanın Tel-Əvivdəki səfiri Frederiko Mayer Lula tərəfindən məsləhətləşmələr üçün ölkəyə geri çağırılıb”, – nəşrdə qeyd olunub.

 

Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kaç Braziliya Prezidenti Lula da Silvanı “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

 

Məlumata görə, buna səbəb Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etməsi olub.

 

Qeyd edək ki, fevralın 18-i Lula da Silva bildirib ki, Qəzza zolağında baş verənlər soyqırımıdır və o, bu hadisələri Adolf Hitlerin yəhudilərə qarşı törətdiyi əməllərlə müqayisə edib. İsrailin Baş naziri Benyamin Netanyahu bu açıqlamaları “qırmızı xətt”i keçmək adlandırıb.

Gununsesi.info