Braziliya Prezidenti Bolsonaro Amerikaya 6 aylıq viza müraciəti etdi

  • By arzu
  • 31 Yanvar 2023 13:34

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun vəkili onun Amerikaya 6 aylıq turist vizası üçün müraciət etdiyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bolsonaro 30 dekabr 2022-ci ildən bəri Amerikanın Florida əyalətində qalır. Keçmiş Prezident vizani gözlərkən Amerikada qalmağı planlaşdırır.

HTML tutorial

Vəkili Felipe Aleksandr Bolsonaronun “həyatının 34 ilini ictimai xidmətə həsr etdiyini” və “bir az ara vermək istədiyini” söylədi.

Bolsonarı öncə dövlət başçıları və diplomatlar üçün verilən 30 günlük A-1 vizası ilə Amerikaya getdi.

Aleksandr Amerika rəsmilərinin cümə günü Bolsonaronun B1/B2 turist vizası üçün müraciət aldıqlarını bildirdi.

Solçu xələfi Luiz Lula da Silvanın işinə başlama tədbirindən öncə Amerikaya gedən Bolsonaro dəstəkçilərinin bu ilin başlanğıcında əsas dövlət binalarına hücum etməsindən sonra B. Jair haqqında araşdırmalar başladılıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info