Braziliya prezidentindən qəribə etiraf: “Yoluxub-yoluxmadığımı bilmirəm”

  • By admin
  • 26 İyun 2020 15:10
Braziliya Prezidenti Jair Bolsonaru koronavirusu simptomsuz şəkildə keçirmiş ola biləcəyini açıqlayıb.
Gununsesi.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Braziliya prezidenti etiraf edib ki, COVID-19-a yoluxub-yoluxmadığını bilmir.
“Bəziləri hesab edir ki, məndə koronavirus olub. Mən heç nə hiss etməmişəm, bilmirəm. Bəlkə, məndə anticisim olub-olmadığını yoxlamaq üçün daha bir test etdirdim”, – deyə J.Bolsonaru bildirib.
Gununsesi.org