Braziliya prezidentini devirdilər FOTO

  • By admin
  • 12 May 2016 13:02

dilma-rousseff

Braziliya parlamentinin yuxarı palatası prezident Dilma Rusefin haqqında impicment proseduruna başlamaq və onun vəzifələrindən dərhal kənarlaşdırılması barədə qərar çıxarıb. 55 senator qərarın lehinə 22 nəfər isə əlehinə səs verib.

Səsvermə ərəfəsində prezident Rusef Ali Məhkəməyə müraciət edərək impicmentlə bağlı səsvermənin qarşısını almağa çağırıb. Ali Məhkəmə onun müraciətini qəbul etməyib.

Ali Məhkəmənin qərarından dərhal sonra prezident Dilma Rusef kabinetində olan şəxsi əşyalarını götürərək iş yerini tərk edib.