Məşhur futbolçu narkotik ticarətində ittiham olunur – HƏBSİ GÖZLƏNİLİR

  • By admin
  • 10 Dekabr 2019 09:35

Futbol üzrə Braziliya milli yığma komandasının hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.

Gununsesi.org “Le Parisien”ə istinadən xəbər verir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Ona qarşı irəli sürülən ittihamlardan biri də 2018-ci ildə villasını narkotacirə satması olub. Buna görə braziliyalını həbs cəzası gözləyir.

Karyerası ərzində müxtəlif Avropa klublarında və Braziliya yığmasında oynayan  Bastos bu ilin payızında futbolla vidalaşıb.

Gununsesi.org