
Braziliyada 9 nəfərin cansız bədəni öldürülmüş halda tapılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bahia bölgəsindəki Sao Joao qəsəbəsində 2 evdə tapılan cəsədlərdən 3-ü uşaq bədənidir.
Cəsədlər yandırılmış halda tapılıb.
Təhlükəsizlik işçiləri faktı təsdi edib.
Olayla bağlı geniş araşdırmalar başladılıb.
Cəsədlər tibbi ekspertizaya göndərilib.
Cinayətin narkotik satıcılarının toqquşma və ya hesablaşmadan qaynaqlandığı ehtimal edilir.
Ölkədə şiddətin ən gərgin olduğu bölgələrdən biri olan Bahiada ötən il 6600 adamın öldürüldüyü bilgisi paylaşılmışdı.
Tərcümə: Arzu