Braziliyada COVID-19-dan ölənlərin sayı 300 minə yaxınlaşır

  • By admin
  • 06 Fevral 2021 08:52

Braziliyada son 24 saat ərzində daha 51 319 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, indiyədək Braziliyada yeni növ koronavirus infeksiyasına ümumilikdə 9 449 088 nəfər yoluxub.

Bu müddət ərzində 230 127 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1 244 nəfər olub.

Bundan başqa 8 326 798 xəstə müalicə olunaraq sağalıb, 892 163 pasiyent isə həkim nəzarəti altındadır.

Gununsesi.info