Braziliyada iğtişaşlar səngimək bilmir: XƏSARƏT ALANLARIN SAYI 49-A ÇATDI

  • By admin
  • 25 May 2017 08:02

braz

Braziliyanın paytaxtında baş verən kütləvi iğtişaşlar zamanı 49 nəfər xəsarət alıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib, 7 nəfərin saxlanıldığı bildirilir.

Braziliyanın müdafiə naziri Raul Junqmann bəyan edib ki, dövlət idarələrinin mühafizəsinə ordu hissələri cəlb ediləcək. Bundan əvvəl Braziliyada etirazçılar maliyyə, kənd təsərrüfatı və mədəniyyət  nazirliyinin binasını yandırıblar. Hazırda yanğınlar söndürülüb.

Braziliyanın paytaxtında prezident Mişel Temerə qarşı etiraz aksiyaları davam edir. Etirazçılar dövlət başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Müxtəlif məlumatlara görə, nümayiş və etiraz aksiyalarında 150 mindən çox insan iştirak edir.

Gununsesi.info