Braziliyada məhkumlar üsyan qaldırdı: 50 ölü

  • By admin
  • 02 Yanvar 2017 19:06

brazil_prison_riot_131015

Braziliyanın Amazonas əyalətinin Manaus şəhərində məhkumlar üsyan qaldırıb.

Gununsesi.info xəbər verir ki, Anisio Jobim həbsxanasında baş verən qiyamın yatırılması zamanı ən azı 50 məhkumun öldürüldüyü bildirilib.

Bundan əlavə, xeyli sayda dustağın həbsxanadan qaçdığı da məlum olub.

Qeyd edək ki, üsyan dünən gecə saatlarından başlayıb və səhərə qədər davam edib.

Məhkumların hansı səbəbdən dolayı etiraza qalxdığı məlum deyil.

 

Gununsesi.info