Braziliyada sel fəlakəti yaşanır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, faciəyə səbəb olan sel, daşqın və qasırğa zamanı 21 nəfər ölüb.
Güclənən sel daşqınlarına qasırğa səbəb olub.
Sel daşqınlarından sonra çoxlu sayda adamdan xəbər alına bilmir. Ölənlərin sayının artacağından narahatlıq var.
15 nəfərin cansız bədəni tapılıb. Rio Qrande bölgəsində yaşanan təbii fəlakətlərdən sonra İcra başçısı Eduardo Leite suların çəkilməsi ilə 15 nəfərin cəsədinin tapılmasını təsdiq edib.
Leite yaşananlardan dərin kədər hissi keçirdiklərini bildirib.
Sel daşqınları zamanı çoxlu sayda admın evinə zərər dəyib.
Qasırğa, sel və daşqınlardan sonra evsiz qalanlar və ya çoxlu sayda evini tərk edənlər var.
Ölkənin 54 şəhərində 20 mindən çox adamın həyatına təsir edən qasırğadan sonra Braziliya Prezidenti Luis Lula da Silva həmrəylik mesajı göndərib.
Silva hökumətin yardım etməyə hazır olduğunu açıqlayıb.
Tərcümə: Arzu