Braziliyada ortaya çıxan yeni virus təşvişə səbəb oldu

  • By admin
  • 11 İyul 2020 21:11

Braziliyada donuz qripinə bənzər yeni bir virusun ortaya çıxması ölkədə böyük təşviş yaradıb.

Gununsesi.org Musavat.coma istinadla xarici KİV-lərə istinadən bildirir ki, ölkəni təşvişə salan yeni virus Parana əyalətinin İbipora bölgəsində aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmin virusun donuzlarda aşkarlanan yeni bir virus olduğunu açıqlayıb. “AH1N2” adlanan bu virusa Braziliyada ət kəsilən obyektdə işləyən 22 yaşlı gənc qadında rast gəlinib. Məlumata görə gənc qadın ayaqüstü müalicə alıb və tez bir zamanda sağalıb.

Mütəxəssislər hazırda yeni virusun genetikasını araşdırır və onun insan orqanizmi üçün nə qədər təhlükəli olduğunu öyrənməyə çalışır.

Qeyd edək ki, Braziliya “Covid-19” virusundan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Ölkədə yeni bir virusun da ortaya çıxması insanların təşvişinə səbəb olub.

 

 

Gununsesi.org