Braziliyada Pele üçün 3 günlük matəm elan olundu

  • By admin
  • 30 Dekabr 2022 11:32

Dünyanın ən yaxşı oyunçusu hesab edilən Braziliya futbolunun əfsanəsi Pele 82 yaşında vəfat edib. Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Prezident Jair Bolsonaro ölkədə üç günlük matəm elan edib.

Bu arada Pelenin keçmiş klubu Santos dəfn mərasimi ilə bağlı təfərrüatları paylaşıb.

Pelenin cənazəsi bazar ertəsi səhər xəstəxanadan çıxarılacaq və tabutu klubun stadionu olan Estadio Urbana Calderia-da meydanın ortasına qoyulacaq ki, ictimaiyyət onların ehtiramını bildirsin.

Çərşənbə axşamı tabut San-Pauluda Santos küçələrindən keçirilərək ailəsi tərəfindən xüsusi mərasimlə dəfn ediləcək.

Futbol tarixində üç dəfə dünya çempionu olan yeganə futbolçu olan Pele bir müddətdir böyrək və prostat problemlərindən əziyyət çəkirdi.

 

Tərcümə:

Afət