Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb

  • By admin
  • 09 Yanvar 2022 23:42

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığında qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə Gununsesi.info “CNN Brasil” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, xilasedicilər daha üç nəfərin cəsədini tapıblar. Batan iki gəmidə həmin an ən azı 34 nəfər olub. 23 nəfər yüngül bədən xəsarətləri alıb, 8 nəfər tibb müəssisələrinə aparılıb.

Güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə yağan güclü yağış səbəb olub.

 

Gununsesi.info