Braziliyada solçu namizəd prezident seçildi

  • By admin
  • 31 Oktyabr 2022 08:55

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib.

Gununsesi.info xəbər verir ki, bazar günü seçkiyə gedən xalq solçu namizəd Luiz İnasio Lula da Silva ölkənin hazırkı lideri Jair Bolsonaronu üstələyərək qalib gəlib. Nəticələrə görə, Lula hesablayaraq 50,83 faiz səs toplayıb.
Yeni dövlət başçısı vəzifəsinin icrasına 2023-cü il yanvarın 1-dən başlayacaq.

Lula ilk çıxışında ən aktual məsələnin aclığa son qoymaq olduğunu deyib, xalqın yaxşı yaşamaq və yenidən ümid bəsləmək istədiyini qeyd edib.

Lula Amazon meşələrindəki dağıntılara da son qoyulacağını bildirib.

Afət Abbasova
Gununsesi.info