
Braziliyanın San-Paulu əyalətinin Ubatuba şəhərində kiçik təyyarənin Kruzeyro çimərliyində qəzaya uğraması nəticəsində pilot ölüb, 5 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilərin verdiyi açıqlamada şəhərin Kruzeyro çimərliyinə kiçik bir təyyarənin düşdüyü bildirilib.
İkisi uşaq olmaqla 4 sərnişinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
Qəza zamanı təyyarədə olan 4 sərnişin və çimərlikdə olan 1 qadın xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırıldığı, sağlamlıqlarının yaxşı olduğu açıqlanıb.
Orxan Saffari