
Braziliyanın Minas Gerais əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində biri uşaq olmaqla 10 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər 1 nəfərin itkin düşdüyünü bildirib.
Ştat qubernatoru Romeu Zema sosial mediada verdiyi açıqlamada “qurbanlarla həmrəylik” mesajı göndərib.
Qeyd edək ki, Latın Amerikası ölkəsi Braziliyada ötən il rekord miqdarda yağan yağışların səbəb olduğu daşqınlar ölkənin cənubunda 180-dən çox insanın ölümünə səbəb olub.
Orxan Saffari