Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb.
Məlumat üçün əlavə edək ki, Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Sözügedən yarışın qalibi ispaniyalı atlet Xordan Alexandro Dias Fortun olub.