Braziliyanın sabiq prezidenti 9,5 il həbs cəzasına məhkum edilib

  • By admin
  • 12 İyul 2017 22:23

lainfo.es-6348-9
Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı 9,5 il həbs cəzasına məhkum edib.

APA-nın məlumatına görə, bu barədə “Globo” telekanalı xəbər verib.

Sabiq prezident korrupsiya və çirkli pulların yuyulmasında günahkar bilinib.

Qeyd edək ki, Luis İnasiu Lula da Silva 2003-2011-ci illərdə Braziliyanın prezidenti olub.

Gununsesi.info