Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gəlir

  • By admin
  • 14 Noyabr 2017 10:48

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreyra noyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir A.N.Ferreyranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Gununsesi.info