Braziliyanın yeni xarici işlər nazirinin adı məlum olub

  • By admin
  • 03 Mart 2017 15:14

brazilya

ABŞ prezidenti Donald Trumpa qarşı tənqidi çıxışları ilə tanınan senator Aloysio Nunes Braziliyanın yeni xarici işlər naziri təyin olunub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 23-də Braziliyanın sabiq xarici işlər naziri Joze Serra səhhəti ilə əlaqədar olaraq prezident Mişel Temerə istefa ərizəsini təqdim edib. Prezident isə J. Serranın ərizəsini qəbul edib.

Qeyd edək ki, ölkə Konstitusiyasına görə, nazir təyinatı Konqresin təsdiqinə təqdim edilmir.

Xatırladaq ki,75-yaşlı J. Serra 2016-cı ilin mayında Braziliyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.

Anar
Gununsesi.info