Bred Pittlə Ancelina Coli yenidən evlənəcək - FOTO

Hollivudun iki ulduzu, bir zaman məşhur cütlüklərdən sayılan aktyor Bred Pitt və heyranlarının “gözəl ilahə” adlandırdığı Ancelina Coli ailə münasibətləri ilə bağlı yenidən gündəmə gəliblər. 
Gununsesi.org-un məlumatına görə, Amerikanın bir neçə jurnal və saytlarında onların barışıb nikahlarını bərpa etməyə hazırlaşdıqları haqda xəbərlər yayılıb.
Hər zaman paparatsilərin hədəfində olan Bred Pitt növbəti dəfə də kameralardan gizlənə bilməyib. O, motosikllə gizlincə Ancelina Colinin Los-Ancelesdəki malikanəsindən çıxarkən obyektə tuş gəlib.
Münasibətlərini hələ ki, mediadan və ictimaiyyətdən gizlətməyə çalışan Bred Pitt və Ancelina Coli 2014-cü evləniblər. 2019-cu ildə çoxlarının həsəd apardığı bu cütlük boşananda hər ikisi bu addımla övladlarının mənafeyini düşündüklərini bəyan etmişdi. Özünü Bred Pittə və Ancelina Coliyə yaxın hesab edən mənbə mediaya açıqlamasında deyib ki, hazırda Bredlə Coli arasında münasibətlər ən gözəl səviyyədədir. Mənbə Bredlə Colinin münasibətlərini bərpa etmək məqsədilə psixoloqa müraciət etdiklərini də bildirib.
Gununsesi.org