“Brent” bahalaşdı

  • Müəllif: Firuzə
  • 01 İyul 2026 09:11

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 73,21 ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,36% artaraq 69,75 ABŞ dollarına bərabər olub.

Gununsesi.info