Dünya birjalarında neft bahalaşıb.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar və ya 0,99% artaraq 66,26 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,62% artaraq 70,97 dollar təşkil edib.
Gununsesi.info