“Brent” nefti ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 09:11

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 1,11% azalaraq 1 barelə görə 98,15 ABŞ dolları təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,68% azalaraq 89 ABŞ dollarına bərabər olub.

Gununsesi.info