“Brent” neftin qiyməti 90 dollara çatır

  • By admin
  • 01 Fevral 2022 09:30

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 89,67 dollar təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq 88,55 dollar təşkil edib.

Gununsesi.info