“Brent” neftinin qiyməti 38 dolları ötdü

  • By admin
  • 29 May 2020 22:55

Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.

Gununsesi.org xəbər verir ki, Bakı vaxtı ilə saat 22:28-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 38,17 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə martın 6-da 38 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 36,11 ABŞ dolları olub.

 

 

 

Gununsesi.org