Brilliant Dadaşova erməni musiqiçiyə görə adını dəyişdirdi - FOTOLAR

  • By admin
  • 13 İyul 2017 10:00

126544_w8hlyjwnwf

Xalq artisti Brilliant Dadaşovanın erməni qarmonçu Varujan Şahbazyanla İnstaqramdakı isti münasibəti səs-küy yaradıb.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni erməni musiqiçinin paylaşımlarının altına ürək, əla işarələri düzməsi ilə gündəmə gəlib.

B.Dadaşova məsələyə münasibət bildirməkdən qaçır, telefonlara cavab vermir. Amma buna baxmayaraq, ifaçının bu halın mediada yayılmasından narahatlıq keçirdiyi diqqətdən qaçmayıb.

Belə ki, B.Dadaşova Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Bir məqam da diqqətimizdən qaçmayıb ki, ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da İnstaqram profilini bağlı edib.  Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.


Gununsesi.info