Brilliant Dadaşova: “Oğlum Cahidin hazırda işlədiyi yer oxuduğu səviyyəyə uyğun deyil”

  • By admin
  • 17 Dekabr 2019 14:59
Bir müddət öncə Xalq artisti Brilliant Dadaşovanın müsahibələrin birində söylədiyi “Oğluma şou-biznesdən qız almaram” kəlməsi müzakirə predmetinə çevrilib.

Gununsesi.org xəbər verir ki, tədbirlərin birində iştirak edən sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində fikirlərinə bu cür aydınlıq gətirib:

“Sənətdə olan bir qızı bəyənsəm, sevə-sevə oğlumu onunla evləndirərəm. İstər müğənni, istər rəssam, istər pianoçu, istərsə də skripaçı olsun, oğluma alaram. Amma sənət sahibi olsun. Yalançı şou-biznesdən yox. Mən sənətdən danışmışam”.
Oğlu Cahidin iş tapmasında problemlərlə üzləşdiyini bildirən B.Dadaşova bu məsələnin hələ də həll olunmamasından şikayətlənib, giley-güzar etdi:
“Oğlum özünə iş tapıb. Amma mən başqa yerlərə müraciət etdim. Çünki onun hazırda işlədiyi yer oxuduğu səviyyəyə uyğun deyil. Gördüm ki, səsimi çatdıra bilmirəm, susdum. Ona Türkiyədə bir çox iş təklifləri olundu. Amma o, razılaşmır.
Söyləyir ki, orada milyon da qazansa, Türkiyədə qalmaq istəmir. O, yalnız Azərbaycanı istəyir. Mən isə istəmirəm. Çünki orada olsaydı, daha yaxşı işdə çalışacaqdı. Acınacaqlı vəziyyət də budur”.
Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşovanın yeganə oğlan övladı Cahid uzun müddət Tükiyənin İstanbul şəhərində yaşayıb və orada ali təhsil alıb.