
Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi Ermənistana vacib geosiyasi vəziyyətindən istifadə etməyə əngəl törədir”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink Ermənistan mətbuatına müsahibəsində deyib.
B. Brink bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əlindən gələni edir: “Bu problemin həlli Ermənistan iqtisadiyyatına yüksək potensial verə bilər”.
O, həmçinin qeyd edib ki, ABŞ Ermənistanın, habelə regionun iqtisadi inkişafına tam yardım edir. (APA)