Britaniya Azərbaycanda qadın qətllərindən narahatdır - İSTANBUL KONVENSİYASINI İMZALAMAĞA ÇAĞIRIRIQ

  • By admin
  • 12 Avqust 2021 07:48

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi  son zamanlar ölkəmizdə baş verən qadın qətllərindən narahatlığını ifadə edən bəyanat yayıb.

Gununsesi.info həmin bəyanatı təqdim edir:

HTML tutorial

“Keçən ay ərzində altı qadının ailə üzvləri tərəfindən öldürülməsi xəbəri və eləcə də Sevinc Məhərrəmovanın qətlindən olduqca narahatıq. Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi çox vacibdir. Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməyə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırırıq.

Gununsesi.info