Britaniya Bakıya gedən vətəndaşlarına müraciət etdi

  • By admin
  • 11 Aprel 2018 16:54

Böyük Britaniya hökuməti Formula 1 Qran Prisi çərçivəsində Bakıya səfər edəcək vətəndaşlarına səfər tövsiyəsi verib.

Gununsesi.info xəbər verir ki, Britaniya hökumətinin saytında yerləşdirilən tövsiyədə Britaniya vətəndaşlarının Azərbaycana daxil olması üçün viza tələb olunduğu qeyd olunub. Həmçinin vətəndaşlar üçün Azərbaycanda  aprelin 27-29-da Qran Pri keçiriləcək vaxtda havanın temperaturu və nəqliyyat imkanları barədə məlumat verilib.

Qeyd olunur ki, Bakıda cinayətin səviyyəsi aşağıdır. Bununla belə, Britaniya hökuməti vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Gununsesi.info