Britaniya Baş naziri kraliçanın həyat yoldaşının dəfnində iştirak etməyəcək

  • By admin
  • 11 Aprel 2021 21:51

Britaniyanın Baş naziri Boris Conson kraliça II Yelizavetanın həyat yoldaşı II Filipin dəfn mərasimində iştirak etməməyi qərar alıb.

Gununsesi.info xəbər verir ki, , hökumət başçısı bu addımı pandemiya şəraitində məhdudiyyətlərlə keçirilən mərasimdə daha çox kral ailəsi üzvünün iştirakına şərait yaratmaq məqsədilə atdığını bildirib.

Qeyd edək ki, mərasimdə yalnız 30 nəfərin iştirak edəcəyi bəyan edilib.

Xatırladaq ki, Edinburq hersoqu II Filip aprelin 9-da vəfat edib. Onun dəfn mərasimi ayın 17-də keçiriləcək.

Gununsesi.info