Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan qadınlarını təbrik edib.
Gununsesiaz.info-nun xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində təbriklə bağlı videomüraciət yerləşdirilib.
Emma bildirib ki, bir çox illər ərzində qadınlar öz fundamental hüquqları və bərabər imkanlar uğrunda mübarizə aparıblar: “Bu gün Azərbaycanda və Birləşmiş Krallıqda hüquqlarımız var. Ancaq beynəlxalq səviyyədə milyonlarla qadınlar bu hüquqlardan məhrumdurlar. Güclü icma, möhkəm ailə və uğurlu cəmiyyət üçün qadınlar qərarvermə prosesinin tərkib hissəsi olmalıdır və bunu etmək hüququna sahib olmalıdırlar. Beynəlxalq Qadınlar Gününü təbrik edirəm və bu hüquqlardan məhrum edilmiş qadınlar uğrunda mübarizə apardığımızı bildirirəm”.
Gununsesiaz.info