Britaniya Belarus basketbol yığmasının oyunçularının vizalarını ləğv edib

  • By admin
  • 26 Fevral 2022 18:36

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Belarusun basketbol üzrə milli komandasının vizalarını ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Priti Patel “Twitter” hesabında yazıb.

O deyib ki, Belarusun kişilərdən ibarət basketbol komandasının vizasını ləğv edib, onların sabah axşam Nyukaslda oyunu var idi.

“Böyük Britaniya Putinin Ukraynaya səbəbsiz və qeyri-qanuni işğalında iştirak edən ölkələrin milli idman komandalarını qəbul etməyəcək” – Priti Patel qeyd edib.

O bildirib ki, digər Belarus idmançılarını da ölkəyə buraxmaq niyyətində deyillər.

 

Gununsesi.info