
Britaniya Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını müvəqqəti olaraq geri çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsrail və Qəzza zolağı arasındakı münaqişə səbəbindən Livana hər hansı səyahətdən çəkinməyi tövsiyə edib və həmçinin ölkədə qalan britaniyalıları “ticarət uçuşları davam edərkən” ölkəni tərk etməyə çağırıb.
Gununsesi.info