Britaniya bu tarixdən vətəndaşlarına xaricə səfərə icazə verəcək

  • By admin
  • 05 Aprel 2021 23:06

Böyük Britaniya hökuməti mayın 17-dən etibarən vətəndaşların xaricə səfər etmələrinə icazə verməyi düşünür.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson bildirib.

“Biz ümid edirik ki, buna mayın 17-dən başlaya bilərik. Bununla belə vətəndaşlarımızın ziyarət etmək istədikləri dövlətlərin qarşılaşdıqları çətinlikləri də qiymətləndiririk. Virusun yenidən ölkəmizə ayaq açmasını istəmirik. Dünyanın bəzi yerlərində yoluxma sayı artmaqdadır. Bunu nəzərə alıb realist olmaq lazımdır”.

Conson əlavə edib ki, ölkədə aprelin 12-dən etibarən karantin qaydaları yumşaldılacaq. Mağazalar, idman klubları, gözəllik salonları, zooparklar, açıq havada fəaliyyət göstərən məkanlar yenidən fəaliyyətə başlayacaq.

Gununsesi.info