Britaniya Culian Assanjı ABŞ-a təhvil verir

  • By admin
  • 18 İyun 2022 19:33

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel WikiLeaks-in yaradıcısı Culian Assanjın ABŞ-a ekstradisiyasını təsdiqləyib.

Bu barədə Gununsesi.info Britaniya mediasına istinadən bildirir. Məlumata görə,

HTML tutorial

WikiLeaks bu  qərara etiraz edəcəyini açıqlayıb.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Assange apellyasiya şikayəti vermək üçün 14 gün müddətinin olduğunu açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Britaniya məhkəmələrinin Assanjın ekstradisiyasının “insan hüquqları və ifadə azadlığı ilə ziddiyyət təşkil etmədiyi” və ABŞ-da ona “lazımi rəftar” ediləcəyi barədə qərar çıxardığı bildirilib.

WikiLeaks-in Twitter hesabında yer alan yazıda “Britaniya demokratiyası və mətbuat azadlığı üçün qara gün” şərhi verilib və Patelin qərarının “bu müharibənin sonu olmadığı” vurğulanıb.

Xatırladaq ki, WikiLeaks-in yaradıcısı Culian Assanj ABŞ Dövlət Departamentinin məxfi sənədərini yaymaqda ittiham olunurdu.

Mayis

Gununsesi.info