Britaniya hərbçilərini Ukraynaya göndərdi

  • By admin
  • 21 Yanvar 2022 10:00

Böyük Britaniya yeni yaradılmış xüsusi təyinatlı briqadasının 30-a yaxın hərbçisini Ukraynaya yerləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.

“30-a yaxın elit britaniyalı hərbçidən ibarət qrup Böyük Britaniyanın hədiyyə etdiyi yeni tank əleyhinə silahlardan istifadə etmək üçün Ukraynaya gəlib. Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında ordunun dörd gözətçi batalyonunun daxil olduğu bildirilir”,- məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl krallığın müdafiə nazirinin müavini Ceyms Hippi Böyük Britaniyanın Ukraynanı bir neçə min yüngül tank əleyhinə raketlə təchiz etdiyini bildirib.

Gununsesi.info