Britaniya höküməti etirazların qızışdırılmasında digər ölkələrin rolunu axtarır

Böyük Britaniya hökuməti ölkədə etirazların artmasına kömək edə biləcək dezinformasiyanın onlayn yayılmasında digər ölkələrin rolunu araşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Qeyd olunur ki, Britaniya hakimiyyəti bu barədə sosial şəbəkələrlə əlaqəli şirkətlərə xəbərdarlıq edib, həmçinin bu cür məlumatların yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı yeniyetmə bıçaqla rəqs studiyasına hücum edərək 3 uşağı öldürüb.

Faciə şəhərdə iğtişaşlara səbəb olub. Sosial şəbəkələrdə cinayəti törədənin müsəlman olması ilə bağlı saxta xəbərlər yayılıb.

 

 

İlhamə

Gununsesi.info