Britaniya hökuməti ölkədə qida çatışmazlığına görə orduya müraciət edəcək

  • By admin
  • 09 Avqust 2021 11:14

Britaniya hökuməti supermarketlərə qida tədarükü ilə bağlı yaranmış problemləri aradan qaldırmaq üçün orduya müraciət edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.

Məlumata əsasən, ötən ay Avtodaşıyıcılar Assosiasiyası ölkədə 100 min yük avtomobili sürücüsünün çatışmadığı barədə xəbərdarlıq edib. “Brexit” səbəbindən onların bir hissəsi krallığı tərk edib, yeni sürücülər isə hələ də sürücülük imtahanının vaxtını gözləyir. Pandemiya səbəbindən digər ölkələrdən sürücülərin işə cəlb olunması da çətinləşib.

Hökumət çıxış yolunu Silahlı Qüvvələrdən sürücülərin köməyə çağırılmasında görüb. Bildirilib ki, orduda xidmət edən 2 min sürücü marketlərə qida məhsullarının daşınması işində mülki vətəndaşlara yardım edəcək.