Britaniya idmançılar Olimpiya kəndindəki yeməklərdən imtina ediblər -Yeməklərdən qurd tapılıb

Britaniya idmançıları Olimpiya kəndindəki yeməklərdən narazıdırlar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, idmançılar çiy ətə görə yeməkdən imtina ediblər.

Xokkeyçi Jizel Anslinin məsələ ilə bağlı belə deyib: “Yeməklər dəhşətli və kifayət qədər deyildi, hinduşka əti isə tam bişməmiş və çiy idi. Bəzi britaniyalı idmançılar qonşu idman kompleksində qidalanırlar”.

Xokkeyçi ilə yanaşı, yeməyin keyfiyyəti üçqat Olimpiya çempionu, üzgüçü Adam Adam Piti tərəfindən də tənqid olunub. Onun sözlərinə görə, idmançılar balıq yeməklərində qurd tapıb.

Olimpiya çempionu Kili Hodgkinson, nüvə itələyən Skott Linkoln və başqaları da narazıdırlar.

Amerikalı idmançılar, o cümlədən Simona Baylz və Hezli Rivera da yeməyin keyfiyyətini tənqid edərək, Olimpiya kəndindəki yeməklərin Fransız mətbəxindən gözləntilərə uyğun olmadığını qeyd ediblər.

Team GB otüstü xokkey müdafiəçisi Gisele Ansley Inews-a bildirib ki, Team GB idmançıları 2024-cü il Oyunları zamanı Olimpiya kəndindən 15 dəqiqəlik məsafədə yerləşən şəxsi yeməkxanalarında yemək yeyirlər.

Olimpiya kəndində yaşayış, yemək və maddi-texniki təminatın təşkili əvvəllər dəfələrlə tənqid olunub.

Avqustun 1-də Slovakiya millisinin velosipedçiləri oğurluğun qurbanı olublar.

Bundan əvvəl iyulun 29-da WTA versiyası üzrə dünyanın ikinci raketkəsi, amerikalı tennisçi Kori Qauff idmançılara təklif olunan otaqlardakı dar şəraitdən şikayətlənmişdi.

Qeyd edək ki, Fransanın paytaxtında 2024-cü ildə keçiriləcək 55-ci Yay Olimpiya Oyunları iyulun 26-da başlayıb və avqustun 11-dək davam edəcək.

 

 

Şəbnəm

Gununsesi.info