Britaniya İrana məxsus raketləri ələ keçirdi

Britaniya donanmasına məxsus döyüş gəmisi İrana qaçaqmalçılıq yolu ilə daşınan raketləri ələ keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

HTML tutorial

Bu ilin əvvəlində həyata keçirilən əməliyyat zamanı İranın cənubundakı beynəlxalq sularda qaçaqmalçılardan yer-hava tipli raketlər və qanadlı raketlər üçün mühərriklər müsadirə edilib.

Məlumatda bildirilir ki, “HMS Montrose” adlı döyüş gəmisinə məxsus helikopter yanvarın 28-də və fevralın 25-də İran sahillərindən uzaqlaşan sürətli qayıqları görüb və daha sonra qayıqlardakı silahlar götürülüb.

Müsadirə edilən paketlər texniki analiz üçün Böyük Britaniyaya qaytarılıb.

Britaniya raketlərin hara yönəldiyi barədə məlumat verməsə də, 1000 kilometr mənzilə malik 351 qanadlı raketin Yəməndəki Husi qruplaşması tərəfindən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini hədəf almaq üçün tez-tez istifadə edildiyi bildirilib.

Gununsesi.info