Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Xerson vilayətində Dnepr çayının aşağı axarında hərbi əməliyyatları intensivləşdirməsini qeyd edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
“2023-cü ilin sentyabr ayının birinci yarısında hazırda cəbhə xəttinin yerləşdiyi Xerson vilayətində Dnepr çayının aşağı axarında yerləşən adalar ətrafında şiddətli döyüşlər davam etdi. Hər iki tərəf kiçik qayıqlarda qruplarla adalarda və qarşı tərəfdə reydlərə başladı”, – deyə icmalda qeyd edilir.
Britaniyalı analitiklərin qeyd etdiyi kimi, sektorun yeni yaradılmış 40-cı Ordu Korpusunun məsuliyyətinə keçdikdən sonra bu ərazidə Rusiyanın əməliyyatlarının intensivləşməsi real ehtimalı var.
İştirak edən qüvvələrin sayı digər cəbhələrlə müqayisədə nisbətən azdır, lakin hər iki tərəf bu ərazini strateji əhəmiyyətli hesab edir. Bu, həm də düşmən bölmələrini Zaporojye və Donetsk vilayətlərində gedən gərgin döyüş əməliyyatlarından yayındırmağa imkan verir.
Bir gün əvvəl Britaniya Müdafiə Nazirliyi bildirib ki, son iki həftə ərzində Rusiya böyük itki verən 58-ci Əlahiddə Ümumqoşun Ordusunu Orexovski istiqamətində Hava Desant Qüvvələrinin əlavə hissələri ilə gücləndirib.
Səid Əhmədli
Gununsesi.info